Premyer.Az > Futbol / Manşet > EKSKLÜZİV! Azərbaycanın futbol tarixində bir İLK! Həmyerlimiz Tailand çempionatında! FOTOLAR

EKSKLÜZİV! Azərbaycanın futbol tarixində bir İLK! Həmyerlimiz Tailand çempionatında! FOTOLAR

EKSKLÜZİV! Azərbaycanın futbol tarixində bir İLK! Həmyerlimiz Tailand çempionatında! FOTOLARAzərbaycanın futbol tarixində daha bir İLKə imza atılıb. Premyer.az xəbər verir ki, ən son Birinci Divizionun "Mil-Muğan" komandasında forma geyinmiş Anar Babayev, Tailand Krallığının 4-cü liqasında mübarizə aparan "Singburi Bangrajun" FC komandasına transfer olunub.
23 yaşlı hücuma meyilli yarımmüdafiəçi ilə klub arasında bir illik müqavilə imzalanıb.
 
Artıq həmyerlimiz, bu gün start götürən Tailand çempionatının ilk turunda yeni komandasının heyətində debüt da edib. Anar Babayevin 90 dəqiqə meydanda olduğu qarşılaşma 3:3 hesanı ilə başa çatıb. Rəqib isə "Nan" FC komandası olub.
 
Premyer.az bildirir ki, "Neftçi" İSM-nin yetirməsi olan Babayev, karyerası ərzində - "Bakı" FK (U-17), "Rəvan" FK (əvəzedicilər), "Neftçala", "Səbail", "Xəzər" və ən son "Mil-Muğan" komandalarının şərəfini qoruyub. 
 
"Bakı" komandasının 17 yaşlılarının və "Neftçala" komandalarının heyətində ölkə çempionatının qızıl medallarını qazanmış Babayev, "Səbail"in heyətində Birinci Divizionun gümüş medallarını da qazanıb.
 
Onu da qeyd edək ki, Anar Babayev yeni klubuna Misirli meneceri vasitəsi ilə keçib.  
Rauf İskəndərov / Premyer.az 

Geri