Premyer.Az > Futbol / Region liqası / Manşet > REGİON LİQASI: "Alyans" FK bir İLK-ə imza atdı!

REGİON LİQASI: "Alyans" FK bir İLK-ə imza atdı!

REGİON LİQASI: "Alyans" FK bir İLK-ə imza atdı!Region Ligasında mübarizə aparan "Alyans" FK bir ilkə imza atıb. Premyer.az xəbər verir ki, klub ikinci komandasını yaradıb. "Alyans City" adlandırılan komanda ölkənin Həvəskarlar Liqasında çıxış edəcək. Komandaya əsasən əcnəbi və yerli futbolçuların cəlb edilməsi planlaşdırılır. 
 
Artıq komandanın keçirəcəyi ilk oyunun vaxtı və rəqib də bəllidir. Belə ki, 13 yanvar, bazar günü, saat 20:30-da ASK Arenada (keçmiş "Şəfa" stadionu) baş tutacaq qarşılaşmada "Alyans City" "Fədək" FK-nı sınağa çəkəcək. 
 
Rauf İskəndərov / Premyer.az



Geri