Premyer.Az > Futbol / Region liqası / Manşet > REGİON LİQASI: Azərbaycan Millisinin futbolçusu - "Füzuli" FK-da! TRANSFER

REGİON LİQASI: Azərbaycan Millisinin futbolçusu - "Füzuli" FK-da! TRANSFER

Region Liqasında transfer xəbərləri ilə daim gündəmdə ola "Füzuli" komandası növbəti keçidini reallaşdırıb.
 
Premyer.az xəbər verir ki, komanda Çimərlik futbolu üzrə Azərbaycan Yığmasının üzvü Cömərd Baxşəliyevi heyətinə qatıb.
 
Artıq 11 ilə yaxındır ki Millimizin şərəfini qoruyan 30 yaşlı Baxşəliyev, karyerası ərzində  "Neftci-2", "İnter-2", "Bakılı", MOİK, "Qaradağ-Lökbatan", "Mil-Muğan" və "Binə" komandalarının formasını geyinib. 
 
Rauf İskəndərov / Premyer.az 



Geri