» » » “Sumqayıt” FK-nın ukraynalı məşqçisinin cəzası dəyişdirildi

“Sumqayıt” FK-nın ukraynalı məşqçisinin cəzası dəyişdirildi

“Sumqayıt” FK-nın ukraynalı məşqçisinin cəzası dəyişdirildi AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

"Sumqayıt” FK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin.
XVII Topaz Premyer Liqasının V turu çərçivəsində 23 sentyabr 2018-ci il tarixində keçirilmiş "Keşlə” – "Sumqayıt” oyununda qeydə alınmış qayda pozuntusuna dair "Sumqayıt”  FK-nın məşqçisi Anton Dioçenko barədə AFFA İntizam Komitəsinin 25 sentyabr 2018-ci il tarixli qərarı qismən dəyişdirilsin. "Sumqayıt”  FK-nın məşqçisi Anton Dioçenkonun aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə cəzalandığı oyun sayı 10-dan 5-ə, klubun barəsində 8000 manat məbləğində müəyyənləşdirilmiş cərimə isə 4000 manata endirilsin.
86     
Reklam

Reklam