» » » Region Liqası, II tur: “Qoşqar UGİM 2” (Gəncə) 2–2 “Kürmük” (Qax) (FOTOLAR, PROTOKOL)

Region Liqası, II tur: “Qoşqar UGİM 2” (Gəncə) 2–2 “Kürmük” (Qax) (FOTOLAR, PROTOKOL)

Dünən Region Liqasında II turun oyunlarına yekun vurulub. Premyer.az  xəbər  verir ki, Şimal – Qərb Regionunun Qərb Zonasında keçirilmiş "Qoşqar UGİM 2” (Gəncə) – "Kürmük” (Qax) qarşılaşmasında qalib müəyyən olunmayıb.
 
Qarşılıqlı hücum şəraitində keçən oyun 2:2 hesabı ilə başa çatıb.
7-ci dəqiqədə Dilqəm Əsgərovun qolu ilə qonaq komanda hesabda irəli çıxsa da, qaxlıların sevinci çox çəkməyib. Xəyal Qasımov 10-cu və 19-cu dəqiqələrdə dubl edərək, komandasını önə çıxardıb. Daha sonra "Kürmük” komandasının 34 No-li futbolçusu Səbuhi Əhmədov dubl etmək şansı qazanıb. İlk öncə Əhmədov 83-cü dəqiqədə penalti zərbəsindən hesabı bərabərləşdirib. 90+3-cü dəqiqədə Əhmədov yenidən penalti zərbəsi vurmaq şansını qazansa da, komandasına qələbə qazandırmaq şansını əldən verib.
Beləliklə də,  gərgin mübarizə şəraitində keçən qarşılaşmada qapılara 4 qol vurulub.

Rəşad Əhmədovun idarə etdiyi oyunda, komandalara ümumilikdə 6 sarı və bir qırmızı vərəqə göstərilib.


REGİON LİQASI
 II tur, 14.10.2018-Cİ İL
ŞİMAL – QƏRB REGİONU, Qərb Zonası
"Qoşqar UGİM 2” (Gəncə) – "Kürmük” (Qax) 2:2 (2:1)
Gəncə şəhəri  T.İ.M. stadionu, 130 tamaşaçı
Hakimlər briqadası:
Referi – Rəşad Əhmədov
1-ci köməkçi – Səbuhi Əmrahov
2-ci köməkçi - Səbuhi Soltanov
4-cü hakim – Rüfət Əhmədov
Vurulmuş qollar:
7-ci dəq., Dilqəm Əsgərov ("Kürmük”) 0:1
10-cu dəq., Xəyal Qasımov ("Qoşqar UGİM 2”) 1:1
19-cu dəq., Xəyal Qasımov ("Qoşqar UGİM 2”) 2:1
83-cü dəq., Səbuhi Əhmədov ("Kürmük”) 2:2
90+3-cü dəq., Səbuhi Əhmədov ("Kürmük”) penalti zərbəsini reallaşdıra bilməyib
Xəbərdarlıqlar
Sarı vərəqələr:
40-cı dəq., E. Əzizov ("Qoşqar UGİM 2”)
54-cü dəq., R.Otaraşvili ("Kürmük”)
58-ci dəq., M.Məmmədrəhimov ("Kürmük”)
66-cı dəq., O.Məmmədov ("Qoşqar UGİM 2”)
85-ci dəq., E.Musazadə ("Kürmük”)
88-ci dəq. B.Ələsgərov ("Qoşqar UGİM 2”)
Qırmızı vərəqələr:
73-cü dəq., E. Əzizov ("Qoşqar UGİM 2”, 2-ci sarı vərəqə)
Turnir Cədvəli
Yer
Komanda
O
Q
H
M
VQ
BQ
T/F
Xal
1
Göyəzən
2
2
0
0
4
1
3
6
2
Energetik
1
1
0
0
3
0
3
3
3
Oğuz
2
1
0
1
2
4
-2
3
4
Kürmük
2
0
2
0
3
3
0
2
5
Şirvan
2
0
1
1
2
3
-1
1
6
Qoşqar UGİM 2
2
0
1
1
2
4
-2
1
7
Şəki
1
0
0
1
1
2
-1
0
 





 
Rauf İskəndərov / Premyer.az
595     
Reklam

Reklam