» » » Almaniyadan antirekord!

Almaniyadan antirekord!

Almaniyadan antirekord!UEFA Millətlər Liqasının 3-cü turunda səfərdə Hollandiyaya uduzan (0:3) Almaniya millisi öz antirekordunu təkrarlayıb.

Bu bundestimin 1 il ərzində 5-ci məğlubiyyəti olub. Almanlar DÇ-2018-də Cənubi Koreya (0:2) və Meksikaya (0:1), yoldaşlıq matçlarında isə Avstriya (1:2) və Braziliyaya (0:1) məğlub olublar. Komanda bundan əvvəl 1956 və 1985-ci illərdə eyni uğursuzluğu yaşayıb. 

Dünənki məğlubiyyət daha bir antirekordla yadda qalıb. Almaniya yığması tarixində ilk dəfə ardıcıl 3-cü oyunda meydanı qolsuz tərk edib.

Qeyd edək ki, A liqasının I qrupunda mübarizə aparan almanlar hazırda 1 xalla sonuncu pillədədirlər.
46     
Reklam

Reklam