» » » Millimiz “Antalya Cup” turnirində iştirak edəcək

Millimiz “Antalya Cup” turnirində iştirak edəcək

Yanvarın 18-dən 28-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq.
Premyer.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız "Antalya Cup” turnirində iştirak edəcək. Azərbaycan yığması ilə yanaşı, turnirdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Ukrayna, Albaniya və Türkmənistanın U-21 yığmaları mübarizə aparacaq. Püşkü yanvarın 20-də atılacaq turnirin oyunları yanvarın 22-də, 24-də, 26-da və 28-də keçiriləcək.
220     
Reklam

Reklam