» » » Yığma komandamız "Neftçi-2" ilə bacarmadı

Yığma komandamız "Neftçi-2" ilə bacarmadı

"Neftçi-2” I Divizionun 7-ci turunda qarşılaşacağı "Sumqayıt-2” ilə oyunun hazırlığını davam etdirir. Baş məşqçi Mahmud Qurbanovun yetirmələri bu gün Azərbaycanın 19 yaşadək milli komandası ilə yoxlama görüşü keçirib. "Dalğa Arena”da baş tutan oyunda heç-heçə qeydə alınıb – 2:2. "Neftçi-2”nin qollarını Muxtar Əliyev və Pilağa Mehdiyev vurublar.



Qeyd edək ki, "Sumqayıt-2” – "Neftçi-2” oyunu oktyabrın 19-da keçiriləcək.
117     
Reklam

Reklam