» » » REGİON LİQASI: "FC BAKU"da ciddi itki - komanda "başsız" qaldı!

REGİON LİQASI: "FC BAKU"da ciddi itki - komanda "başsız" qaldı!

REGİON LİQASI: "FC BAKU"da ciddi itki - komanda "başsız" qaldı!Azərbaycan milli komandasının və "Qarabağ”ın sabiq üzvü Vüqar Nadirovun bir müddət öncə Həvəskarlar Liqasında çıxış edən "FC Baku” klubu ilə anlaşdığı haqda xəbər vermişdik. İlk turda kapitan sarğısı ilə meydana çıxan veteran futbolçu komandasına "Gənclik İK” üzərində 18-0 hesablı inamlı qələbə qazandırmışdı.
 
Lakin bakılıların sevinci çox sürməyib. Belə ki, son məşqlərdən birində Vüqar Nadirov ağır zədə alaraq, təxminən iki həftə meydandan kənar qalacaq. Ayaq əzələsi dartılan forvard bir də IV turda (3-4 noyabr 2018) səfərdə "Şirvanovka”ya qarşı keçirəcəkləri matçda komandasına kömək edə biləcək.  
 
Qeyd edək ki, ən son "Səbail”in formasını geyinən futbolçu, bu klubdan ayrıldıqdan sonra, fərdi olaraq daim məşq etdiyini açıqlayıb.
 
  
Premyer.az
311     
Reklam

Reklam