» » » "Neftçi”nin kapitanı: "Belə davam etsək, sonda istəyimizə çatacağıq"

"Neftçi”nin kapitanı: "Belə davam etsək, sonda istəyimizə çatacağıq"

"Neftçi”nin kapitanı: "Belə davam etsək, sonda istəyimizə çatacağıq" "Neftçi”nin kapitanı Emin Mahmudov "Sabah”la oyundan (2:0) sonra klubun rəsmi saytına açıqlama verib. O, komandamızın qələbə qazanması ilə yanaşı qol vurduğu üçün də şad olduğunu deyib:



"Çətin oyun oldu. "Sabah” heç də asan rəqib deyil. Sevinirəm ki, qələbə qazana bildik. Həm də qol vurduğuma görə şadam. Bu mənim üçün çox vacib idi. Düzdür, hazırda mövsümün sonunu düşünmürük. Yəni hər dəfə yalnız növbəti oyun haqda fikirləşirik. Artıq "Qəbələ” ilə səfər matçına köklənməliyik. Bununla belə, hesab edirəm ki, komandamız düz yoldadır. Belə davam etsək, sonda istəyimizə çatacağıq”.
68     
Reklam

Reklam