» » » Roberto Bordin: "Qələbəni bu futbolçuya həsr edirik"

Roberto Bordin: "Qələbəni bu futbolçuya həsr edirik"

"Neftçi” PFK-nın baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasında 7-ci turun "Sabah” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. İtaliyalı mütəxəssis qələbəni futbolçumuz Kvame Karikariyə həsr etdiklərini bildirib: "Qələbə münasibətilə komandamı təbrik edirəm. Say azlığında olmasına baxmayaraq, futbolçular əzmkarlıq göstərdilər. Qələbəni Karikariyə həsr edirik. Bildiyiniz kimi, onun anası rəhmətə gedib. Onu da deyim ki, bizi qələbə münasibətilə ilk olaraq məhz Karikari təbrik etdi”.



Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Emin Mahmudovu yorğunluq əlaməti olduğuna görə əvəzlədik. Ciddi bir şey yoxdur, sadəcə, risk etmək istəmədik. Slavko Braliçin meydandan kənarlaşdırılmasına gəlincə, futbolçu qırmızı vərəqə alıbsa, bu, o demək deyil ki, pis oynayıb. Braliç yaxşı oyun göstərdi. Düşünürəm ki, ikinci sarı vərəqə epizodunda kobud oyun yox idi”.



Roberto Bordin ilk dövrəni də dəyərləndirib: "Əlbəttə, xoşdur ki, ilk dövrəni lider kimi tamamladıq. Amma qarşıda bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, lider mövqeyimizi qoruyaq”.
64     
Reklam

Reklam