» » » "Neftçi" turnir cədvəlindəki liderliyini möhkəmlətdi

"Neftçi" turnir cədvəlindəki liderliyini möhkəmlətdi

Bu gün Topaz Premyer Liqasında VII turun 3 oyunu keçirilib. Günün açılış matçında "Zirə" "Qəbələ" üzərində 1:0 hesablı minimal qələbə qazanıb. "Səbail" - "Sumqayıt" qarşılaşmasında meydan sahibləri Fəhmin Muradbəyli və Ruslan Qurbanovun qolları ilə 2:0 hesablı qələbə qazanıb. Eyni hesab günün son qarşılaşmasında da qeydə alınıb. Turnir cədvəlinin lideri - "Neftçi" "Sabah" komandasından 3 xalı almağı bacarıb.  Flaqmanın heyətində qollara Emin Mahmudov və Qoran Paratski imza atıblar.
279     
Reklam

Reklam