
Rəşad
Abdullayev Azərbaycan çempionatlarında 350-ci matçını keçirib. Onun
yubiley oyunu Topaz Premyer Liqasının XV turunun "Neftçi” ilə
qarşılaşmasına təsadüf edib. Matçın gedişində oyuna daxil olan
yarımmüdafiəçi Azərbaycan çempionatlarının 23 illik tarixinə 350 və daha
çox qarşılaşmada iştirak edən 6-cı futbolçu kimi düşüb. Belə ki, onadək
yalnız 5 oyunçu buna nail olub. Bu göstəricidə mütləq rekord isə Mahmud
Qurbanova məxsusdur – 421 oyun.
Ölkə çempionatında 1999/2000 mövsümündə debüt edən Abdullayev
karyerası ərzində "Xəzər Universiteti”, "Xəzər Lənkəran”, "Neftçi”,
"Qəbələ”, "Rəvan”, AZAL və "Zirə”də çıxış edib. O, 350 matçda 54 qol
vurub.
Qeyd edək ki, 16-cı mövsümünü keçirən yarımmüdafiəçi "Xəzər
Lənkəran”da bir (2006/07), "Neftçi”də iki dəfə (2010/11,2011/12) çempion
tituluna yiyələnib.
(pfl.az)
Foto: Rauf İskəndərov