» » » "Neftçi" Premyer Liqanın bürünc medallarını qazandı

"Neftçi" Premyer Liqanın bürünc medallarını qazandı

"Neftçi" Premyer Liqanın bürünc medallarını qazandıBu gün keçirilən XXVIII turun ilk üç oyunlarından sonra Topaz Premyer Liqasında 2017/2018-ci il mövsümünün bütün mükafatçıları məlum olub.

Səfərdə "Kəpəz” üzərində 2-1 hesablı qələbə qazanan Tərlan Əhmədovun komandası digər oyunların nəticəsindən asılı olmayaraq, ölkə çempionatının bürünc medallarını qazanıb. Flaqmanın heyətində qollara Ruslan Abışov (63-cü dəq.) və Lukas Qomes (79-cü dəq.) imza atıblar. 
 
Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ” – "Qarabağ” oyunundan sonra Peşəkar Futbol Liqası tərəfindən mükafatlandırma mərasimi təşkil olunacaq. "Qarabağ" - qızıl, "Qəbələ" isə gümüş medallarına qovuşacaqlar.
546     
Reklam

Reklam