» » » REGİON LİQASI: Final oyunundan öncə "Energetik" FK öz azarkeşlərinə müraciət etdi

REGİON LİQASI: Final oyunundan öncə "Energetik" FK öz azarkeşlərinə müraciət etdi

REGİON LİQASI: Final oyunundan öncə "Energetik" FK öz azarkeşlərinə müraciət etdiAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. 
 
Daha öncə də xəbər verdiyimiz kimi, Region Liqasının final oyunu 22 may 2018-cı il tarixində "Bayıl Arena" stadionunda baş tutacaq. Qarşılaşma saat 18:00-da start götürəcək.  Turnirin finalında "Uğur" (Sumqayıt) - "Energetik" (Mingəçevir) komandaları bir araya gələcəklər.
 
Premyer.az saytı xəbər verir ki, final oyununun Bakıda keçiriləcəyini nəzərə alaraq və komandalarına lazımi dəstəyi təmin etmək üçün, Mingəçevir klubunun rəhbərliyi komandanın azarkeşlərinə müraciət edib. 
 
Komandalarını dəstəkləmək istəyən mingəçevirli azarkeşlər gediş-gəliş üçün pulsuz nəqliyyat vasitəsi və qida ilə təmin olunacaq. Avtobus oyun günü, mayın 22-si, saat 12:00-da Mingəçevir şəhər stadionunun yanından yola düşəcək. 
 
Region Liqası, Final
22 may 2018-ci il

"Uğur” (Sumqayıt) - "Energetik" (Mingəçevir) 
Stadion: "Bayıl Arena"


Premyer.az
Mənbə: "Energetik" FK-nın Facebook səhifəsi


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

994     
Reklam

Reklam