» » » (LAYİHƏ) REGİON LİQASI: Bütün 1/2 finalçılar müəyyənləşdi

(LAYİHƏ) REGİON LİQASI: Bütün 1/2 finalçılar müəyyənləşdi

(LAYİHƏ) REGİON LİQASI: Bütün 1/2 finalçılar müəyyənləşdiAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:  
 
AFFA-nın təşkil etdiyi Region Liqasında bütün 1/2 finalçılar müəyyənləşib. "Füzuli" FK-nın ardınca bu gün daha iki komanda adını yarımfinala yazdırıb. Bunlar Mingəçevirin "Energetik" və Sumqayıtın "Uğur" komandalarıdır. 
 
Turnirin Əsasnaməsinə uyğun olaraq, 4-cü yarımfinalçı Naxçıvan Muxtar Respublikasının təmsilçisi olacaq.
 
Play-off mərhələsinin bütün oyunlarının nəticələrini diqqətinizə çatdırırıq:
 
12 may 2018. Ağsu şəhər stadionu. Saat 14:00 
"Alyans CFR" 1-4 "Füzuli" (əsas və əlavə vaxt 1:1, penatilərlə 0:3)

13 may 2018. Bayıl Arena. Saat 17:00 
"Şağan" (Bakı)  0-4 "Uğur" (Sumqayıt)

13 may. Ağsu şəhər stadionu. Saat 14:00 
"Energetik" (Mingəçevir) 2-0 "Şəki"
 
Rauf İskəndərov / Premyer.az


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


296     
Reklam

Reklam