» » » «Qəbələ» Premyer Liqanın gümüş mükafatını təmin etdi

«Qəbələ» Premyer Liqanın gümüş mükafatını təmin etdi

«Qəbələ» Premyer Liqanın gümüş mükafatını təmin etdi"Sumqayıt” – "Qəbələ” – 0:2
12 may 2018. Saat 19:00. "Kapital Bank Arena”, 1300 tamaşaçı  
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli          
Dördüncü hakim: İnqilab Məmmədov  
AFFA nümayəndəsi: Erkin Hüseynov   
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Sarı vərəqələr: Vurğun Hüseynov, 52 (qeyri-idman hərəkəti); Nicat Qurbanov, 80 (qeyri-idman hərəkəti)
Qollar: Baqali Dabo, 37; Cavid Hüseynov, 88 
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 3 dəq.
 
Bu gün Topaz Premyer Liqasında XXVII turun oyunları keçirilib. Mükafatçılar sırasında yerini təmin edən "Qəbələ” səfərdə "Sumqayıt”ın qonağı olub. Gümüş medal qazanmaq üçün 1 xal qazanmalı olan "qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə iki dəyişiklik olub. Elvin Camalovla Urfan Abbasov "11-lik”də yer alıb. Əvəzində Filip Ozobiçlə Təmkin Xəlilzadə start heyətdən kənar qalıb.
Bürünc medal və Avropa Liqasına vəsiqə üçün mübarizə aparan "Sumqayıt” matça daha fəal başlayıb. Meydan sahiblərinin start təzyiqinin qarşısını inamla alan "Qəbələ” müdafiədə etibarlı oynayıb. İlk hissənin ortalarından başlayaraq "qırmızı-qaralar” da qol vəziyyətləri yaradıb. Öncə cərimə meydançasında daxil olub qapıçı ilə üz-üzə qalan Famussa Kone zərbə endirməyə çətinlik çəkib. Ardınca İlqar Qurbanovun sağ cinahdan hava ötürməsinə Baqali Dabo çatmayıb. Lakin Premyer Liqanın ən yaxşı bombardiri hesabı açmağa müvəffəq olub. Stiven Monrozun cərimə meydanı daxilindən endirdiyi zərbə tirdən dönüb və özünü yetirən Dabo özünün çempionatdakı 13-cü qolunu vurub. Meydan sahibləri bərabərlik qolu üçün irəli atılsa da, "qırmızı-qaralar” hesabı artırmaq üçün bir neçə imkan əldə edib. Lakin Kone və Monrozun zərbələrində dəqiqlik çatmayıb.
İkinci hissə də oxşar ssenari ilə davam edib. Qələbə qazanmağa çalışan meydan sahibləri böyük qüvvə ilə irəli atılıb. "Sumqayıt”ın hücumları zamanı bir neçə dəfə Dmitri Bezotosnı zərbəni dəf edibsə, bir neçə dəfə müdafiəçilər son anda topu küncə çıxarıb. Rəqibin hücumlara aludə olması "Qəbələ”nin sürətli hücumlar təşkil etməsinə imkan yaradıb. Ardıcıl iki epizodda rəqiblərdən qaçmağa çalışan Dabo öncə kobudluqla dayandırılıb, ardınca isə onun Cavid Hüseynova ötürməsinin qarşısını qapıçı alıb.
Bir neçə dəqiqə sonra Monroz sürətlə rəqib qapısına irəliləsə də, onun təxminən 19 metrdən endirdiyi zərbədən sonra top dirəyin yanından ötüb. Stivenin növbəti belə cəhdi isə Cavidə dəqiq ötürmə ilə başa çatıb. Qapıçı ilə üz-üzə qalan kapitan matçda son nöqtəni qoyub – 2:0. Düzdür, bu qoldan sonra da meydan sahibləri hücumlarına ara verməyib və kəskin əks-həmlələri buraxıb. Dabo iki belə epizoddan birində qeyri-dəqiq zərbə endiribsə, birində "korner” qazanıb.
Beləliklə, mövsümün son səfər oyununda 2:0 hesablı qələbə qazanan "Qəbələ” xal hesabını 49-a çatdırmaqla 2-ci sırada möhkəmlənib və son tur ərəfəsində izləyiciləri üçün əlçatmaz olub. Bununla da komandamız ardıcıl 2-ci gümüş medalı təmin edib. 2013/14, 2014/15 və 2015/16 mövsümlərini bürünc mükafatla başa vuran "qırmızı-qaralar” 2016/17 və 2017/18 mövsümlərindəki "gümüş”lə ardıcıl 5-ci dəfə "üçlük”də yer alıb.
 
"Sumqayıt”
1. Fərhad Vəliyev
2. Rail Məlikov
3. Vurğun Hüseynov (k)
5. Vüqar Bəybalayev
(13. Bəhlul Mustafazadə, 75)
7. Cavid Tağıyev
(17. Nicat Qurbanov, 62)
9. Amil Yunanov
10. Cavid İmamverdiyev
14. Bəxtiyar Həsənalızadə
18. Tural Axundov
19. Azər Salahlı
97. Xəyal Nəcəfov
(70. Ülvi İsgəndərov, 68)
 
Ehtiyat oyunçular:
 
23. Mehdi Cənnətov
6. Kamal Mirzəyev
11. Ehtiram Şahverdiyev
25. Süleyman Əhmədov
77. Elnur Abdullayev
 
Baş məşqçi: Samir Abasov
 
"Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
5. Rasim Ramaldanov
8. Qismət Alıyev
9. Baqali Dabo
14. Cavid Hüseynov (k)
(3. Voislav Stankoviç, 90+3)
15. Vitali Vernidub
18. İlqar Qurbanov
28. Stiven Monroz
(33. Təmkin Xəlilzadə, 90+2)
34. Urfan Abbasov
45. Famussa Kone
(10. Ruslan Qurbanov, 77)
 
Ehtiyat oyunçular:
 
23. Aqil Məmmədov
35. Murad Popov
6. Elvin Məmmədov
11. Asif Məmmədov
29. Hacıağa Hacıyev
74. Yusif Nəbiyev
 
Baş məşqçi: Roman Qriqorçuk
132     
Reklam

Reklam