» » » (LAYİHƏ) Region Liqası: "Gənclik" Sabirabad FK-nın prezidenti azarkeşlərə müraciət etdi - MƏTN

(LAYİHƏ) Region Liqası: "Gənclik" Sabirabad FK-nın prezidenti azarkeşlərə müraciət etdi - MƏTN

(LAYİHƏ) Region Liqası: "Gənclik" Sabirabad FK-nın prezidenti azarkeşlərə müraciət etdi - MƏTNAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:  
 
Region Liqasının Mərkəz və Cənub Regionunun Mərkəz Zonasında mübarizə aparmış Sabirabadın "Gənclik" komandasının prezidenti Nadir Quliyev həmyerlilərinə və azarkeşlərə müraciət edib. Premyer.az müraciəti olduğu kimi diqqətinizə çatdırır:
 
Əziz Sabirabadlılar!
Hörmətli Gənclik Futbol Klubunun azarkeşləri!

Bildiyiniz kimi AFFA-nın təşkilatçılığı ilə ölkədə futbolun inkişaf etdirilməsi məqsədilə Region Liqası yaradılmışdır. Region Liqasının yaradılması ölkədə futbolun inkişafına təkan vermiş, və ölkənin 24 futbol komandası bu liqaya qoşulmuşdur. Buda ölkənin bütün regionunda həm perspektivli futbolçuların aşakara çıxarılmasına, eyni zamanda futbol azarkeşlərinə futbol sevincinin yaşadılmasına səbəb olmuşdur.
Sabirabadın Gənclik Futbol Klubuda yeni adla, yeni liqada nə pis, nədə yaxşı- demək olar orta səviyyədə oyun nümayiş etdirmişdir. Artıq qrup oyunlarıını yekunlaşdırdıq. Fürsətdən istifadə edib Gənclik FK-nın bütün komanda heyyətinə də dərin təşəkkürümü bildirirəm. 

Əziz Dostlar!
Qarşıda Region Liqasının yeni növbəti mövsümü bizi gözləyir. Kulub olaraq geridə qoyduğumuz bütün oyunları bir daha nəzərdən keçirib, səhflərimizi və problemlərimizi təhlil edəcək, yeni mövsümə daha ciddi hazırlaşacağıq. Qarşıda 3 ay ərzində məqsədimiz yeni yerli oyunçuları arayıb ortaya çıxarmaq və komandamızda yaranan boşluğu aradan qaldırmaqdır.

Ölkədə uşaq futbol çempionatları keçirilir. Kulub olaraq bu il 2005,2006,2007,2008,2009 təvəllüdlü uşaq futbol komandalarımız (5 yaş qrupunda 5 komanda) hazırlıq vəziyyətinə gətirilmiş, yaxın bir həftə ərzində Gənclik FK-nun beş yenu uşaq futbol komandalarını ölkə çempionatında görəcəksiz. Beləliklə kulub gələcək təminatı üçün uşaq futbolunada üstünlük verəcək.
Beləliklə kulubuz yeni strategiya, yeni iş prinsipləri ilə həm uşaq futbol çempionatına, həm də Region Liqasının yeni mövsümünə ciddi hazırlaşır. Əminəm ki, gələcəkdə futbolçularımız Sabirabadın keçmiş futbol şöhrətini yenidən geri qaytaracaq və ölkə futbolunda öz sözünü deyəcək.

Əziz dostlar!
Gənclik FK hələ çox uzun illər Allahın izni ilə yaşayacaq və bu kulubun daha güclü olmasına, daha yüksək liqalarda təmsil olunması üçün əlimdən gələni əsirgəməyəcəm.
Bu arada bizə mənəvi dəstək olan bütün azarkeşlərimizə dərin minnətdarlıq hissimi bildirir və hər birnizə can sağlığı, mənalı ömür arzulayıram.

Hötmətlə;
GƏNCLİK FK
Prezidenti
Nadir Quliyev


Rauf İskəndərov / Premyer.az
Mənbə: "Gənclik" Sabirabad FK-nın Facebook səhifəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


448     
Reklam

Reklam