» » » (LAYİHƏ) Region Liqası. Samir Abdulov: "Sumqayıtın daha bir komandasını böyük futbolda təmsil etmək istəyirik"

(LAYİHƏ) Region Liqası. Samir Abdulov: "Sumqayıtın daha bir komandasını böyük futbolda təmsil etmək istəyirik"

(LAYİHƏ) Region Liqası. Samir Abdulov: "Sumqayıtın daha bir komandasını böyük futbolda təmsil etmək istəyirik"AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
 
Daha öncə də xəbər verdiyimiz kimi, Region Liqasının Paytaxt regionunun Şimal zonasında təxirə salınmış oyunlar çərçivəsində "Uğur" Sumqayıt komandası  "Səhliyalı" Şabran klubu üzərində 6:0 hesablı inamlı qələbə qazanaraq, son turun nəticələrindən asılı olmalayaraq, Region Liqasının Play-off mərhələsinə vəsiqə qazanıb.
 
5 qoldan birinə imza atan, klubun ən təcrübəli futbolçularından olan Samir Abdulov Premyer.az saytına oyun haqqında və komandasının Region Liqasındakı çıxışı haqqında öz fikirlərini bildirib:
 
- "İlk tapşırığımız qrupdan çıxmaq idi, ona da nail olduq. İndi isə qarşıdan gələn üç oyun haqqında fikirləşirik. Məqsədimiz çempion olmaqdır. Heyətimiz Sumqayıtın seçmə oyunçularından ibarət qurulub. Çempion olub, I Divizionda Sumqayıtın daha bir komandasını böyük futbolda təmsil etmək istəyirik."
 
Qeyd edək ki, U-17, U-19, U-21 və milli komandamızın da şərəfini qorumuş təcrübəli futbolçu, karyerası ərzində "Xəzər-Sumqayıt", "Gənclərbirliyi", "Karvan", "Simurq", AZAL, "Gəncə", "Sumqayıt", "Neftçala", "Şuşa", "Şərurspor" və "Rəvan" komandalarının da formasını qeyinib.
 
Rauf İskəndərov / Premyer.az / Sumqayıt
Foto: Rauf İskəndərov

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

334     
Reklam

Reklam