» » » ANONS! Region Liqasının yeganə legioneri və onun komanda yoldaşı "Onları tanıyaq" rubrikasında!

ANONS! Region Liqasının yeganə legioneri və onun komanda yoldaşı "Onları tanıyaq" rubrikasında!

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
 
ANONS!

Premyer.az saytı "Onları tanıyaq" rubrikasında  Region Liqasında çıxış edən futbolçuların tanıtımını davam edir. Bu dəfə rubrikamızın qonaqları - Sumqayıtın "Uğur" komandasının və ümumiyyətlə Region Liqasının nadir legionerlərindən biri olan, İranın U-14 və U-18 yığmalarının və Təbrizin "Traktorsazi" klubunun şərəfini qorumuş Məhəmməd Reza Niyazxani və klubun kapitanı Nahid Mehrəliyev olacaqlar.
 
Futbolçular video müsahibədə müxbirimizin çox saylı suallarını cavablandıracaq. Bizi izləyin....
 
Rauf İskəndərov / Premyer.az / Sumqayıt

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

355     
Reklam

Reklam