» » » Tərlan Əhmədov: "Qarşıdakı oyunlarda fürsəti əldən verməməyə çalışacağıq”

Tərlan Əhmədov: "Qarşıdakı oyunlarda fürsəti əldən verməməyə çalışacağıq”

Tərlan Əhmədov: "Qarşıdakı oyunlarda fürsəti əldən verməməyə çalışacağıq”"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 24-cü turun "Qəbələ” ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"Hər iki komandanın ifasında maraqlı oyunun şahidi olduq. Düzdür, son yarım saat ərzində həyəcan keçirdik, amma ümumilikdə komandamız çox gözəl mübarizə apardı. Bacardığımız qədər səhvsiz oyun nümayiş etdirdik. Qalib gəldik. Bunun üçün futbolçulara və bizə dəstək olan azarkeşlərə təşəkkür edirəm. Turnir cədvəlindəki mövqeyimizi bir az da yaxşılaşdırdıq. Qarşıdakı oyunlara da tam motivasiya olub, fürsəti əldən verməməyə çalışacağıq”.
87     
Reklam

Reklam