» » » (LAYİHƏ) Region Liqası, XI tur: "Energetik" - "Şəmkir" oyununda 5 qol vuruldu

(LAYİHƏ) Region Liqası, XI tur: "Energetik" - "Şəmkir" oyununda 5 qol vuruldu

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
 
Region Liqasının Şimal - Şimal/Qərb Regionunun Qərb Zonasında IV dövrənin XI turu çərçivəsində bu gün keçirilmiş "Energetik" Mingəçevir - "Şəmkir" qarşılaşmasında qapılara 5 top vurulub. "Qərb derbisi" də adlandırılan bu oyunda yağışlı havaya baxmayaraq, stadiona toplaşan azarkeşlər öz komandasının əzmkar qələbəsinin şahidi olublar.
 
3:2 hesabı ilə bitən qarşılaşmada meydan sahiblərinin heyətində Orxan Əlibalayev və Tural Məmmədzadə (dubl) fərqləniblər.
Beləliklə də, xallarını 20-yə çatdıran mingəçevirlilər turnir cədvəlində əsas rəqiblərindən biri olan "Şəmkir" komandası ilə aralarındakı xal fərqini 5-ə çatdıraraq, play-off-a çıxmaq uğrunda önəmli addım atıblar.
 
Rauf İskəndərov / Premyer.az
Mənbə: "Energetik" FK-nın Facebook səhibəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

462     
Reklam

Reklam