» » » Tərlan Əhmədov: "3 xalı qazanmaq üçün meydanda əlimizdən gələni etdik"

Tərlan Əhmədov: "3 xalı qazanmaq üçün meydanda əlimizdən gələni etdik"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 23-cü turun "Zirə” ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"3 xal bizim üçün çox vacib idi. Bunun üçün meydanda əlimizdən gələni etdik. Səhvsiz oynamağa çalışdıq. Bizə dəstək olduqları üçün azarkeşlərimizə təşəkkür edirəm. Qəbələdəki təbii ot örtüyündən sonra burada süni ot örtüyündə oynamağın bizim üçün problem yaradacağını bilirdik. Bu problemi xüsusilə ilk hissədə gördüm. Fasilədən sonra tədricən üstünlük qazandıq. Qarşımıza məqsəd qoymuşuq ki, son oyunları yüksək əhval-ruhiyyədə keçirib, bacardığımız qədər xal ehtiyatını artıraq. Futbolçulara gözəl oyun və gözəl qələbə üçün təşəkkür edirəm”.

134     
Reklam

Reklam