» » » Daha bir azərbaycanlı futbolçu karyerasını İsveçdə davam etdirəcək - ÖZƏL

Daha bir azərbaycanlı futbolçu karyerasını İsveçdə davam etdirəcək - ÖZƏL

Daha bir azərbaycanlı futbolçu karyerasını İsveçdə davam etdirəcək - ÖZƏLDaha bir azərbaycanlı futbolçu karyerasını ölkə xaricində davam etdirəcək. Premyer.az xəbər verir ki, bu "Sabah" Futbol Klubunun qış fasiləsində heyətinə qatdığı Ruzi Qiyaslıdır. 23 yaşlı gənc qapıçı İsveçin 3-cü divizionunda çıxış edən "Liksele" komandası ilə anlaşıb.  Həmyerlimiz bu gün yeni komandasının heyətində ilk oyununu da keçirəcək.
"Liksele" komandası azərbaycanlı futbolsevərlər üçün yaxşı tanışdır. Belə ki, bu komandada daha iki Azərbaycan futbolçusu çıxış edir. Bunlar Elsevər Bəkirzadə və Zaur Nazirovdur.
 
Qeyd edək ki, 22 noyabr 1994-cü ildə Tovuzda anadan olan Ruzi Qiyaslı karyerası ərzində "Turan", "Neftçi", "Ağsu", "Qaradağ Lökbatan", "Şəmkir" və "Kəpəz" klublarının formasını geyinib.
219     
Reklam

Reklam