» » » Gəncə azarkeşlərindən növbəti rekord

Gəncə azarkeşlərindən növbəti rekord

Gəncə azarkeşlərindən növbəti rekordTopaz Premyer Liqasının XXIII turu çərçivəsində Gəncədə keçirilən "Kəpəz" 1-0 "Qarabağ" matçında növbəti rekord qeydə alınıb. Premyer.az meydan sahiblərinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhər mərkəzi stadionunda lider "Qarabağ"la oyunu 8000 azarkeş izləyib. Bu rəqəm oyunun rəsmi protokolunda da öz əksini tapıb.
 
14 aprel 2018.Saat 16:00.Gəncə şəhər stadionu. 8000 tamaşaçı
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Rahil Ramazanov
Dördüncü hakim: Rəşad Əhmədov
AFFA nümayəndəsi:
Nüvər Xasıyev
Hakim-inspektor:
Kərim Ağayev
Sarı vərəqələr:
Quili Mandqaladze, 31 (qeyri-idman hərəkəti); Tural Cəlilov, 55 (qeyri-idman hərəkəti); Şəhriyar Əliyev, 76 (qeyri-idman hərəkəti); İlkin Sadıqov, 80 (qeyri-idman hərəkəti) // Riçard Almeyda, 80 (qeyri-idman hərəkəti)
Qollar: Ramil Şeydayev, 23
Artırılan vaxt:
 I hissədə - 1 dəq; II hissədə - 4 dəq.
 
Premyer.az "Kəpəz" komandasının bu il öz meydançasında keçirdiyi oyunlarda qeydə alınan azarkeş statistikasını diqqətinizə çatdırır:
 
07.04.2018 "Kəpəz" - "Keşlə" 5000
01.04.2018 "Kəpəz" - "Zirə"  5656
09.03.2018 "Kəpəz" - "Qəbələ" 5000
03.03.2018 "Kəpəz" - "Səbail" 5332
18.02.2018 "Kəpəz" - "Keşlə" 1150
 
Foto: Rauf İskəndərov / Premyer.az / Gəncə
79     
Reklam

Reklam