» » » Ramil Şeydayev "Qarabağ"ın heyətində qol hesabını açdı!

Ramil Şeydayev "Qarabağ"ın heyətində qol hesabını açdı!

Ramil Şeydayev "Qarabağ"ın heyətində qol hesabını açdı!Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçirilən "Kəpəz" - "Qarabağ" matçı, qonaqların və millimizin futbolçusu Ramil Şeydayev üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, 22 yaşlı hücumçu ağdamlıların heyətində qol hesabını açıb.

Premyer.az xəbər verir ki, oyunun 23-cü dəqiqəsində Ramil Şeydayevin vurduğu yeganə qolla qonaq komanda minimal hesablı qələbə qazanıb. Ramil daha öncə əvəzedici heyətdə fərqlənsə də, əsas heyətdə qol vurmağa müvəffəq olmamışdı.
 
Rauf İskəndərov / Premyer.az / Gəncə

58     
Reklam

Reklam