» » » Rəşad Sadıqov: "Qoldan sonra bir balaca oyunu itirmişdik"

Rəşad Sadıqov: "Qoldan sonra bir balaca oyunu itirmişdik"

Rəşad Sadıqov: "Qoldan sonra bir balaca oyunu itirmişdik"Topaz Premyer Liqasının XXIII turunda lider "Qarabağ" səfərdə "Kəpəz" üzərində 1:0 hesablı qələbə qazanıb.

Premyer.az Gəncədən xəbər verir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
 
 
- Qələbə vacib idi. Gəncədə oyunlar hər zaman ağır keçir. Meydanın yaxşı və pis olmasından asılı olmayaraq, bütün görüşlərimiz gərgin olub. Bu gün də gərgin oyun oldu. Topa nəzarət etdik, üstün idik. Rəqibin standart vəziyyətlərində çətinlik çəkirdik. Komandamızı və azarkeşlərimizi qələbə münasibətilə təbrik edirəm. 
 
 
- "Qəbələ” bu turda da xal itirsə, demək olar ki, çempionluğu təmin edəcəksiz...
- Hətta uduzsalar belə, təmin etmirik. Üstünlüyümüz var. Sona qədər diqqətli olmalıyıq. Mübarizə son tura kimi keçəcək. Futbol elə bir idman növüdür ki, bir balaca boşalsan, sənə baha baça gələ bilər. Toparlanmaq çətin ola bilər. Əlimzdən gələni edəcəyik ki, son 5 turda yaxşı çıxış edək. 
 
 
- İkinci hissədə oyununuz alınmırdı...
- Qoldan sonra bir balaca oyunu itirmişdik. Amma ikinci hissədə oyuna nəzarət edirdik. Ancaq mən bunu oyun zamanı hiss etmədim. 
 
 
- Standart vəziyyətlərdə çətinlik yaşadığınızı etiraf etdin. Bunun səbəbi nə idi?
 
- Bu, "Kəpəz”in hər zaman üstünlüyü olub. Başla yaxşı oynayan futbolçuları var.  
 
 
- Ramil Şeydayev "Qarabağ”da ilk qoluna imza atdı. U-21 millisindən motivasiyalı qayıtdığı hiss edilir...
- Ramilin qol vurması sevindirici haldır. Ramil həm qol vurdu, həm də yaxşı oynadı. Ötən tur da yaxşı oyun sərgiləmişdi. Sevindirici haldır ki, düşdüyü durumdan məyus olmur və mübarizə aparır. Artıq yaxşı oyun praktikası var. Görürsünüz ki, Ramil tənbəllik etmir. Əvəzedicilərdə də oynayıb və qollar vurub. Hər həftə oynayır və oyun praktikasından əziyyət çəkmir. Bu gün əziyyətinin bəhrəsini gördü.
 
Foto: Rauf İskəndərov / Premyer.az / Gəncə
53     
Reklam

Reklam