» » » Elvin Yunuszadə: "Gəncəyə üç xal üçün gəlmişik"

Elvin Yunuszadə: "Gəncəyə üç xal üçün gəlmişik"

"Qarabağ" klubunun müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının XXIII turunda "Kəpəz"ə qarşı keçirəcəkləri oyun haqqında öz fikirlərini bildirib.
 
Premyer.az Azerisport.az-a istinadən bildirir ki, Yunuszadə aşağıdakıları bildirib:
 
- ""Kəpəz"lə keçirdiyimiz son oyunda bu komandanın sadə komanda olmadığının şahidi olduq. Yalnız oyunun sonunda qələbə qolunu vura bildik. Yadımdadır ki, çətinliklə udduq. "Kəpəz"in yaxşı azarkeşləri var və buna görə də komanda doğma meydanda yaxşı oynayır. Bilirik ki, çətin oyun olacaq. Oyunun hansı hesabla başa çatacağını öncədən deyə bilmərəm, amma Gəncəyə 3 xal üçün gəlmişik. Bizim üçün hər oyun vacibdir. "Qəbələ" ilə aramızdakı xal fərqi az olmasa da, biz sakitləşmirik..."

43     
Reklam

Reklam