» » » "Kəpəz" “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaq

"Kəpəz" “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaq

"Kəpəz" “Qarabağ”la oyun öncəsi son məşqinə çıxacaqTopaz Premyer Liqasının XXIII turunda aprelin 14-ü "Qarabağ”la qarşılaşacaq "Kəpəz” ayın 10-dan etibarən bu oyunun hazırlıqlarına start verib. Premyer.az bildirir ki, komanda ilk məşq günündə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.
 
"Sarı-göylər” Ağdam klubuna qarşı matçın əsas hazırlığını Gəncədə keçirir. "Kəpəz” bu məqsədlə aprelin 11-ində doğma şəhərə yollanıb. Komandanın "Qarabağ”la oyun öncəsi son məşqi sabah, aprelin 13-ü, saat 11:00-a təyin olunub. Gəncə şəhər stadionunda keçiriləcək hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq olacaq.  
92     
Reklam

Reklam