» » » Tərlan Əhmədov: "Komandamız verilən tapşırığı fasilədən sonra yerinə yetirdi"

Tərlan Əhmədov: "Komandamız verilən tapşırığı fasilədən sonra yerinə yetirdi"

Tərlan Əhmədov: "Komandamız verilən tapşırığı fasilədən sonra yerinə yetirdi""Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 21-ci turun "Səbail”lə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"Bu gün vacib 3 xal qazandıq. İkinci hissədən tam razı qaldım. Komandamız verilən tapşırığı fasilədən sonra yerinə yetirdi. Bilirdim ki, ağır oyun olacaq. Çünki, fasilə zamanı yoxlama görüşü keçirə bilməmişdik. Milli komandaların heyətinə 10 futbolçumuz cəlb olunmuşdu, onlardan da üçü qapıçı idi. Namik Ələskərov millinin düşərgəsindən zədəli qayıdıb, Emin Mahmudov cəzalı idi. Üstəlik, bu gün səhər məlum oldu ki, İlkin Qırtımovun hərarəti var. Bununla belə, qələbə qazandıq. Futbolçuları və azarkeşləri təbrik edirəm”.
164     
Reklam

Reklam