» » » Azərbaycanda yeni futbol klubu yaradıldı - ÖZƏL, FOTOLAR

Azərbaycanda yeni futbol klubu yaradıldı - ÖZƏL, FOTOLAR

Azərbaycanın futbol klubları sırasına bir yenisi daha əlavə olunub. Premyer.az xəbər verir ki, bu - "Xilə" futbol klubudur. 
 
Təbii ki, oxucularımızın beynində yaranan ilk sual - Xilə sözünün mənasının nə olmasıdır? 
 
Xilə - Abşeron yarımadasının cənub-qərbində yerləşən Əmircan qəsəbəsinin qədimi adıdır. Rəvayətə görə, qədim zamanlarda burda Hillə adlı qəbilə yaşamış (bəzi mənbələr onu Xilə tayfaları kimi təqdim edir), kəndin adı da buradan götürülüb. Xilə adının ərəblərin ölkəmizə hücumları dövründə qoyulduğu güman olunur. Azərbaycanda Xilə adında bir neçə kənd mövcuddur. Lakin Abşerondakı Xilənin — indiki Əmircanın yaşca digərlərindən böyük olduğu vurğulanır.
 
İndi isə gələk klubun əsas məqsədlərinə. Yeni yaradılan klubun rəhbərliyi, təbii ki ilk öncə uşaq futbol bazasının yaradılmasına üstünlük verib. Artıq 2004-2005-ci il təvəllüdlü, istedadlı, təcrübəli və perspektivli gənc futbolçuların seçimləri də başlayıb. 
Qeyd edək ki, seçim və məşqlər tamamı ilə təmənnasız, heç bir ödəniş olmadan keçirilir və uşaqlar hər bir futbol ləvazimatı ilə klub tərəfindən təmin olunur. Məşqlər, təcrübəli məşqçilər korpusu tərəfindən (Vladislav Ledyayev, Əli Məmmədov və qapıçı-məşqçi Hikmət Hüseyinzadə) aparılacaq. 
 
Növbəti, 2018/19 mövsümündən U-15 Liqasında çıxış etməyi planlaşdıran klub rəhbərliyi, gələcəkdə I Divizion və Premyer Liqada da iştirak etmək niyyətindədir.
 
Rauf İskəndərov / Premyer.az
 
1395     
Reklam

Reklam