» » » MOİK - "Binə" matçının nəticəsi ləğv edildi!

MOİK - "Binə" matçının nəticəsi ləğv edildi!

MOİK - "Binə" matçının nəticəsi ləğv edildi!İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.

Topaz  Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun "Keşlə” – "Qəbələ” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur  (maddə 40).

I Divizionun XVIII turunun "Turan Tovuz” – "Zaqatala” matçının 90-cı dəqiqəsində "Zaqatala” klubunun 9 №-li futbolçusu Osman Qurbanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XVIII turunun MOİK – "Binə” matçında MOİK komandasının heyətində cəzalı futbolçu iştirak edib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Eyni zamanda,  klub 400 manat cərimə olunur (maddə 51).

I Divizionun XVIII turunun "Mil-Muğan” – "Sabah” matçında "Mil-Muğan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur  (maddə 40).
147     
Reklam

Reklam