» » » (LAYİHƏ) Region Liqası, VII tur: "Qərb derbisi"ndə kim qalib gəldi?

(LAYİHƏ) Region Liqası, VII tur: "Qərb derbisi"ndə kim qalib gəldi?

(LAYİHƏ) Region Liqası, VII tur: "Qərb derbisi"ndə kim qalib gəldi?AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
 
Bu gün "Şəmkir” Futbol Klubu "Region Liqası”nın VII turu çərçivəsində doğma meydanda Mingəçevirin "Energetik" klubunun qəbul edib.
Premyer.az bildirir ki, qarşılıqlı hücumlar şəraitində keçən matçın 8-ci dəqiqəsində Qeyrət Qənbərov hesabı açıb. Erkən qoldan sonra meydan sahiblərinin arxayınlaşmasından istifadə edən qonaqlar hesabı bərabərləşdirib. Qoldan həvəslənən qonaqlar "Şəmkir”i qarşılaşmanın 35-ci dəqiqəsində əks hücumda yaxalayıb və hesabda önə keçib. Lakin "Energetik” bu qola cəmi bir dəqiqə sevinə bilib. Özünü toparlayan "Şəmkir” 36-cı dəqiqədə Kənan Qocayevlə küncdən zərbəni qola çevirə bilib. Komandalar ilk hissəyə bərabərliklə qollanıb.
Qarşılaşmanın ikinci hissəsində "ağ-qırmızılar"ın ardı-arası kəsilməyən hücumları başlayıb və "Şəmkir”in bu istəkli oyunu nəticəsiz qalmayıb. Rəqibi tamamilə öz meydanına çəkilməyə məcbur edən ev sahibləri Anar Rzayevlə hesabda irəli çıxıb. Kapitanın 50-ci dəqiqədə vurduğu qol matçda sonuncu olub.
Beləliklə "Şəmkir” ardıcıl ikinci dəfə "Energetik”i məğlub etməklə Mingəçevir klubunu qrup liderliyindən salmağı bacarıb. Stadionda olan minə yaxın azarkeş komandanı alqışlarla və qələbə şüarları ilə yola salıb.
"Şəmkir"- "Energetik” 3:2
 
Rauf İskəndərov / Premyer.az
Mənbə: "Şəmkir" FK-nın Facebook səhifəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


316     
Reklam

Reklam