» » » (LAYİHƏ) REGİON LİQASI, VII tur: Gəncədə oyun hansı səbəbdən baş tutmadı?

(LAYİHƏ) REGİON LİQASI, VII tur: Gəncədə oyun hansı səbəbdən baş tutmadı?

(LAYİHƏ) REGİON LİQASI, VII tur: Gəncədə oyun hansı səbəbdən baş tutmadı?AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
 
Region Liqasının 3-cü dövrəsinin VII turu çərçivəsində Şimal - Şimal/Qərb regionunun Qərb bölgəsi qrupunda bu gün keçirilməsi planlaşdırılan "Xəmsə" Gəncə - "Göyəzən" Qazax matçı baş tutmayıb. Premyer.az xəbər verir ki, oyun əlverişsiz hava şəraiti nəticəsində təxirə salınıb. Belə ki, güclü yağış meydançanı yararsız hala saldığından, oyunun keçirilməsi mümkün olmayıb. 
 
Qeyd edək ki, VI turdan sonra gəncəlilər turnir cədvəlində 2 xalla sonuncu pillədə yer alıb. Qazax klubu isə 10 xalla "Energetik" Mingəçevir klubu ilə ilk 2 sıranı bölüşür. 

Rauf İskəndərov / Premyer.az
Mənbə: "Göyəzən" FK-nın Facebook səhifəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.


430     
Reklam

Reklam