» » » (LAYİHƏ) Region Liqası: “Şağan” FK-nın baş məşqçisi: "Bu bizim ən ağır oyunlarımızdan biri olacaq.."

(LAYİHƏ) Region Liqası: “Şağan” FK-nın baş məşqçisi: "Bu bizim ən ağır oyunlarımızdan biri olacaq.."

(LAYİHƏ) Region Liqası: “Şağan” FK-nın baş məşqçisi: "Bu bizim ən ağır oyunlarımızdan biri olacaq.."AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir.
 
Martın 18-i Region Liqasının 3-cü dövrəsi start götürür. VII tur çərçivəsində "Şağan" FK səfərdə "Tufan" FK-nın qonağı olacaq. Premyer.az böyük maraq doğuran oyun ilə bağlı qonaq komandanın baş məşqçisi Rəşad Pənahovun söylədiyi fikirləri oxucuların diqqətinə çatdırır:

"Çox çətin oyun olacaq. Demək olar ki, ən vacib oyunlarımızdan birinə çıxacağıq. Rəqibi analiz edirik, çalışırıq ki, zəif cəhətlərini futbolçularımıza göstərə bilək. Rəqibimizin bir neçə oyun üslubu var və bunu meydanda göstərməyə çalışırlar. Son oyunda "Ümid Masallı" üzərində qazanılan böyük hesablı qələbə buna sübütdur. Rəqibin həmlələrinin qarşısını almağa çalışacağıq. Hər ikimizin 13 xalı var, amma "Tufan" ilə avvəlki görüşlərimizə nəzər salsaq, görərik ki üstünlük bizim tərəfdədi və bundan maksimum istifadə etməyə çalışacağıq. Bunu nə qədər bacaracağımızı bazar günü görəcəyik. 
Düşünürəm ki, bu, bizim ən ağır oyunlarımızdan biri olacaq. Hər oyunda olduğu kimi komandanı artıq indidən qələbəyə motivasiya etmişik. Final mərhələsinə düşmək üçün çox çalışmalıyıq. Amma hal hazırda, biz final mərhələsini yox, "Tufan" FK ilə oyunu düşünürük."
 
Rauf İskəndərov / Premyer.az
Foto və müsahibə"Şağan" FK-nın Facebook səhifəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 



498     
Reklam

Reklam