» » » (LAYİHƏ) Region Liqası: "Göyəzən" klubundan XƏBƏR var - FOTOLAR

(LAYİHƏ) Region Liqası: "Göyəzən" klubundan XƏBƏR var - FOTOLAR

(LAYİHƏ) Region Liqası: "Göyəzən" klubundan XƏBƏR var - FOTOLARAFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir.
 
Şimal - Şimal/Qərb Regionunun Qərb Bölgəsi qrupunda çıxış edən "Göyəzən" klubunun oyunlarını keçirdiyi Anatoliy Banişevski adına Qazax şəhər stadionunda yenidənqurma işləri davam edir.
5 turdan sonra turnir cədvəlində 7 xalla 3-cü yerdə qərarlaşan qazaxlılar, qrupun iddialı komandalarından biri olduqlarını öz əzmkar oyunları ilə sübut edirlər.
Stadionun təmir-bərpa işləri bitdikdən sonra, oyunlara daha çox azarkeşin cəlb olunacağına ümid edən klub rəhbərliyi, yenidənqurma işlərini ən qısa zamanda yekunlaşdırmaq niyyətindədir. 
 
Qeyd edək ki, stadion 3500 tamaşaçı tutumuna malikdir. 
 
Rauf İskəndərov / Premyer.az
Fotolar: "Göyəzən" FK-nın Facebook səhifəsi

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 

 
(LAYİHƏ) Region Liqası: "Göyəzən" klubundan XƏBƏR var - FOTOLAR
432     
Reklam

Reklam