» » » (LAYİHƏ) Region Liqasında qalmaqal: Azarkeşlər hakimi meydandan qovdu! (VİDEO)

(LAYİHƏ) Region Liqasında qalmaqal: Azarkeşlər hakimi meydandan qovdu! (VİDEO)

AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir.
 
Region Liqasının VI turu cərcivəsində dünən kecirilən "Gənclik" (Sabirabad) "Füzuli" qarşılaşmasında qalmaqal baş verib. Premyer.az xəbər verir ki, oyunun son dəqiqələrində, hesab 1:1 olarkən, baş hakim Sabirabad təmsilçisinin qapısına növbəti penalti təyin edib və bundan sonra ara qarışıb. Hakimin qərarına etiraz edən yerli azarkeşlər meydançaya daxil olaraq, baş hakimi və onun kömükçilərini meydandan qovublar. Hakimlər briqadası mühafizə işçilərinin müşaiyəti ilə stadionu tərk ediblər. 
Beləliklə də oyun yarımçıq dayandırılıb.
 
Qeyd edək ki, oyunla bağlı son qərarı AFFA İntizam Komitəsi verəcək.
 
Rauf İskəndərov / Premyer.az
Xəbər Premyer.az saytına Sənan Sevindikzadə tərəfindən təqdim olunub.

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 


 


  

620     
Reklam

Reklam