» » » AFFA “Səbail” klubunun məşqçisini cəzalandırdı

AFFA “Səbail” klubunun məşqçisini cəzalandırdı

AFFA “Səbail” klubunun məşqçisini cəzalandırdıİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu. 

Topaz Premyer Liqasının XVIII turunun "Qəbələ” – "Neftçi” matçında "Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

Oyunun 83-cü dəqiqəsində "Qəbələ” klubunun 74 №-li futbolçusu Yusif Nəbiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən  futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XVIII turunun "Zirə” – "Keşlə” matçında "Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Oyunun 90-cı dəqiqəsində "Keşlə” klubunun 53 №-li futbolçusu Emil Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XVIII turunun "Kəpəz” – "Səbail” matçında "Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

Oyunun 78-ci dəqiqəsində "Səbail” klubunun məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırılıb. Bu səbəbdən məşqçi 1 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 62).

I Divizionun XVI turunun "Ağsu” – "Sabah” matçında "Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

I Divizionun XVI turunun "Şüvəlan” – "Zaqatala” matçında "Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

226     
Reklam

Reklam