» » » (LAYİHƏ) Region Liqası: AFFA-dan “Şağan” FK-ya xəbərdarlıq! Kluba ağır cəza verilə bilər!

(LAYİHƏ) Region Liqası: AFFA-dan “Şağan” FK-ya xəbərdarlıq! Kluba ağır cəza verilə bilər!

(LAYİHƏ) Region Liqası: AFFA-dan “Şağan” FK-ya xəbərdarlıq! Kluba ağır cəza verilə bilər!AFFA yanında Media Komitəsinin qaliblərindən olan Premyer.az saytı "Ölkədaxili yarışlar”  layihəsi çərçivəsində Region Liqasını işıqlandırmaqda davam edir. Növbəti xəbəri diqqətinizə çatdırırıq:
 
İntizam Komitəsinin bu gün keçirilən iclasında Region Liqasının II dövrəsinin V turunda keçirilən bəzi oyunlarla əlaqədar aşağıdakı qərarları qəbul edib:
 
25 fevral 2018-ci il, Region Liqasının, "Şağan” (Bakı) – "Ümid Masallı” (Bakı) matçının 36-cı dəqiqəsində "Şağan” klubunun 3 №-li futbolçusu Talıb Cabbarov təhqiredici  ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. Oyunun 36-cı dəqiqəsində "Şağan” klubunun 22 №-li futbolçusu Namiq Salayev aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır. 

İntizam Komitəsi "Şağan” klubunu daxili nizam-intizam qaydalarına riayyət etmələri haqqında xəbərdarlıq edir. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.

Oyunun 58-ci dəqiqəsində "Ümid Masallı” klubunun 22 №-li futbolçusu Elnur İbadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır. 

25 fevral 2018-ci il, Region Liqasının, "Neftçala” (Neftçala) – "Gənclik” (Sabirabad) matçının 72-ci dəqiqəsində "Gənclik” klubunun 18 №-li futbolçusu Rəsul Sadiqli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.

25 fevral 2018-ci il, Region Liqasının, "Tufan” (Bakı) – "Şıxlar” (Qobustan) matçının 88-ci dəqiqəsində "Şıxlar” klubunun 4 №-li futbolçusu Mərfət Qəniyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
 
Rauf İskəndərov / Premyer.az


Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

 


452     
Reklam

Reklam