» » » AFFA “Mil-Muğan” komandasını saxtakarlığa görə cəzalandırdı

AFFA “Mil-Muğan” komandasını saxtakarlığa görə cəzalandırdı

AFFA “Mil-Muğan” komandasını saxtakarlığa görə cəzalandırdıİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub. 

Topaz Premyer Liqasının XVII turunun "Neftçi” – "Zirə” matçının 76-cı dəqiqəsində "Zirə” klubunun 38 №-li futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun "Neftçi” – "Zirə” matçının 42-ci dəqiqəsində "Zirə” klubunun 22 №-li futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I Divizionun XV turunun "Zaqatala” – "Mil-Muğan” matçında "Mil-Muğan” komandasının heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 800 manat cərimə olunur (maddə 51).

I Divizionun XV turunun "Binə” – "Xəzər” matçının 87-ci dəqiqəsində "Binə” klubunun 45 №-li futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XV turunun "Qaradağ Lökbatan” – "Şüvəlan” matçında "Şüvəlan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

Oyunun 90+4-cü dəqiqəsində "Şüvəlan” klubunun 8 №-li futbolçusu Mirkamil Həşimli ikinci sarı vərəqə alaraq meydançada kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
552     
Reklam

Reklam