» » » Bu ölkə təmsilçisi ilk dəfə Azərbaycan çempionatında çıxış edəcək

Bu ölkə təmsilçisi ilk dəfə Azərbaycan çempionatında çıxış edəcək

Bu ölkə təmsilçisi ilk dəfə Azərbaycan çempionatında çıxış edəcəkTopaz Premyer Liqasının XVI turu daha bir ölkənin Azərbaycan çempionatında ilk təmsilçisinin debütü ilə əlamətdar olub. "Səbail”in futbolçusu Faruk Miya ölkə birincilikləri tarixinə ilk uqandalı kimi düşüb. "Qarabağ”la (0:1) oyunun gedişində sonradan meydana çıxan 21 yaşlı yarımmüdafiəçiyədək bu ölkənin heç bir təmsilçisi Premyer Liqada çıxış etməmişdi. Uqanda çempionatımızda təmsil olunan 82-ci ölkədir. Ötən tur bu siyahıya daha iki ölkə Trinidad və Tobaqo ilə Qambiya əlavə olunmuşdu.
Qeyd edək ki, Uqanda Afrikanın çempionatımızda oyunçu ilə təmsil olunan 22-ci ölkəsidir.
180     
Reklam

Reklam