» » » Tərlan Əhmədov: "Həmin epizodda penaltidən söhbət gedə bilməzdi"

Tərlan Əhmədov: "Həmin epizodda penaltidən söhbət gedə bilməzdi"

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasında 16-cı turun "Sumqayıt” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:

"Oyuna pis başlamamışdıq, amma iki səhv matçın taleyini həll etdi. Təkrara baxanlar mənə dedilər ki, həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Amma artıq olub keçib. Sumqayıta 4-cü yer uğrunda mübarizədə 3 xal qazanmaq üçün gəlmişdik. İlk hissə ilə müqayisədə komanda ikinci hissədə daha yaxşı təsir bağışladı. Məğlub olduq, buna səbəbkar da mənəm. Görünür, komandanı oyuna həddindən artıq kökləmişdik ki, bu da səhvlərə gətirib çıxardı. Avroliqaya vəsiqə qazanmaq şansımızı itirməmişik. Əminəm ki, bu komanda öz sözünü deyəcək. Oyundan oyuna daha yaxşı çıxış edəcəyik”.

196     
Reklam

Reklam