» » » «Qəbələ»-«Zirə»: 13-cü duel

«Qəbələ»-«Zirə»: 13-cü duel

«Qəbələ»-«Zirə»: 13-cü duelBu həftə Topaz Premyer Liqasında XVI turun oyunları keçiriləcək. Turun mərkəzi qarşılaşması Qəbələdə baş tutacaq. Turnir cədvəlinin ilk "üçlüy”ündə qərarlaşan "Qəbələ” və "Zirə” mövsümdə 3-cü dəfə üz-üzə gələcək. Bu matç "qırmızı-qaralar”ın 2018-ci ildəki ilk ev oyunu olacaq.
İki komanda arasında duellərə gəlincə, ilk dəfə 2015-ci ildə qarşılaşan rəqiblər indiyədək 12 dəfə münasibətlərini aydınlaşdırıb. Həmin qarşılaşmalarda "Qəbələ” daha çox – 5 qələbə qazanıb. 4 görüşdə qalib müəyyənləşməyibsə, 3 dəfə "Zirə” qalib gəlib. 30 qolun vurulduğu matçlarda daha məhsuldar olan "qırmızı-qaralar” 19, rəqibi 11 dəfə fərqlənib. Komandamızın qollarını 12 futbolçu rəqib qapısından keçirib. Bu duellərdə ən məhsuldar oyunçumuz Aleksey Qay 4, Ermin Zets 3, Teo Uiks və Filip Ozobiç isə hərəyə 2 qola sevinib. Ümumiyyətlə son 10 matçda "Qəbələ” meydanı qol vurmadan tərk etməyib.
Keçirilən 12 oyundan 10-u çempionat, 2-si kubok çərçivəsində baş tutub. 4 heç-heçənin qeydə alındığı Premyer Liqada komandalar hərəyə 3 qələbə qazanıb. Top fərqində üstün olan "Qəbələ” 12 qol vurub, 9-nu buraxıb. "Zirə”ni ümumilikdə 7-ci dəfə qəbul edəcək "qırmızı-qaralar” öz meydanında 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. 9 top vuran futbolçularımız 5 qol buraxıb.
Xatırladaq ki, "Qəbələ” - "Zirə” oyunu fevralın 17-də keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.
 
2015/16 mövsümü
 
25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 0:0
 
16.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24
 
02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84 
 
09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36
 
13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:2
Aleksey Qay, 17 //  Nelson Bonilla, 40, 84 
 
07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26, Ermin Zets, 47, 79 
 
2016/17 mövsümü
 
25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76 
 
19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:0
Filip Ozobiç, 52 
 
12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88
 
02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:1
Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61
 
2017/18 mövsümü
 
09.09.2017. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:1
Cavid Hüseynov, 90+1 (p.) // Viktor İqbekoyi, 74
 
28.10.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:1
Milan Duriç, 19 (p.); Sadio Tounkara, 38 // Famussa  Kone, 72
142     
Reklam

Reklam