» » » Millimizdə oynamaq üçün "Sumqayıt"a keçən futbolçu karyerasını bitirdi

Millimizdə oynamaq üçün "Sumqayıt"a keçən futbolçu karyerasını bitirdi

"Sumqayıt"ın sabiq futbolçusu Erdal Çelik karyerasını başa vurub.
Premyer.az saytı xəbər verir ki, 30 yaşlı müdafiəçi ağır zədə səbəbindən bu qərarı verməyə məcbur olub. Son klubu Almaniyanın aşağı liqa təmsilçisi "Vixttal" olan futbolçu bundan sonra məşqçi kimi işləyəcəyini deyib.
Almaniya mətbuatında qeyd edilən məlumata görə, 2012-ci ildə "Bucaspor"dan "Sumqayıt"a transfer edilən müdafiəçi Azərbaycan milli komandasında oynamaq üçün "gənclik şəhəri" təmsilçisinə keçib. Ancaq Çelikin "Sumqayıt" karyerası uğurlu alınmayıb. O, cəmi 2 oyun keçirib.
177     
Reklam

Reklam