» » » Premyer Liqanın yayım hüquqları yüksək məbləğə satıldı

Premyer Liqanın yayım hüquqları yüksək məbləğə satıldı

İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 5 milyard avro qarşılığında iki kanala satılıb.
Premyer.az xəbər verir ki, İngiltərə çempionatının 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq oyunlarının yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. Artıq həmin paketlərdən 5-i satılıb. "Sky Sports” və "BT Sport” 7 paketdən 5-ni alıb. "Sky Sports" 4, "BT Spotrs" isə 1 paketə sahib olub.
Digər iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.
63     
Reklam

Reklam