» » » “Qarabağ” klubunun azarkeşləri komandalarını ziyana saldı

“Qarabağ” klubunun azarkeşləri komandalarını ziyana saldı

“Qarabağ” klubunun azarkeşləri komandalarını ziyana saldıİntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XV turunun "Qarabağ” – "Qəbələ” matçının 72-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XV turunun "Keşlə” – "Səbail” matçında "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
Əvəzedici heyətlərin XV turunun "Zirə” – "Sumqayıt” matçında "Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
28     
Reklam

Reklam