» » » Roman Qriqorçuk : «Komandadan gedənlərin mövqelərində müəyyən variantlarımız var...»

Roman Qriqorçuk : «Komandadan gedənlərin mövqelərində müəyyən variantlarımız var...»

Roman Qriqorçuk : «Komandadan gedənlərin mövqelərində müəyyən variantlarımız var...»Topaz Premyer Liqasının XV turunun "Qarabağ” – "Qəbələ” oyunundan (0:0) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
"Meydandan gördüklərimə əsasən komandaları müqayisə etsəm, heç-heçədən razı qalmalı olduğumuzu düşünürəm. Çünki biz çox yaxşı komandaya qarşı oynayırdıq. Bu gün rəqibin futbolçularının güclü fərdi keyfiyyətləri hiss olunurdu. Biz bunu öz üzərimizdə gördük. Yaxşı oldu ki, bunun öhdəsindən gələ bildik. Bu üzdən də heç-heçə bizim üçün yaxşı nəticədir. Əlbəttə, bu gün nəticədən razıyam. Növbəti dəfə çempion olmaq istəyən komanda ilə görüşdük. Bunun üçün rəqibin hər şeyi var və futbol oynamağı bacarır. Təbii ki, biz də meydanın rəqibə aid hissəsində, tək qapıya oynamaq istəyirik. Lakin "Qarabağ” bunu istəmir. Rəqib çox yaxşı, güclü komandadır. Mənə elə gəlir ki, "Qarabağ” ötən ildəkindən daha da güclü olub. Mən komandadan razı qaldım. Futbolçular yaxşı oynadılar. Belə güclü rəqiblə heç-heçə etməyimizdən çox razıyıq”.
Qriqorçuk meydanı erkən tərk edən Baqali Dabo və hücum xətti barədə də sualları cavablandırıb: "Zədə səbəbindən əvəzlənən Baqali Dabonun durumu haqda nə isə deyə bilmərəm. Adətən zədəni ertəsi gün deyil, bir gün aradan sonra müayinə edirlər. Komandadan gedənlərin mövqelərində müəyyən variantlarımız var. Amma hücum xəttinə oyunçu lazımdır. Elə futbolçu olmalıdır ki, topla rəqibi aldada bilsin, meydanda hər şeyi dəyişsin. Ümumiyyətlə, komandada yüksək səviyyəli oyunçuların çox olması vacibdir. Amma bunun çətin olduğunu başa düşürəm. "Qarabağ” kimi komanda ilə görüşdə rəqibi aldada bilən oyunçunu heyətə qatmaq heç də asan deyil”.
180     
Reklam

Reklam