» » » FIFA Dünya çempionatının kuboku sabah Bakıya gətiriləcək!

FIFA Dünya çempionatının kuboku sabah Bakıya gətiriləcək!

FIFA Dünya çempionatının kuboku sabah Bakıya gətiriləcək!Coca-Cola şirkəti FIFA Dünya çempionatının kubokunu 4-cü dəfə dünya turuna götürür və futbol dünyasının ən ali mükafatını Azərbaycan azarkeşlərinə nümayiş etdirmək üçün fevral ayının 9-da kuboku Bakıya gətirəcək.

FIFA Dünya çempionatı kubokunun Azərbaycana səfəri "Coca-Cola” şirkətinin bu ölkədə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur. Dünya Kuboku 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə sabah səhər saatlarında xüsusi təyyarə ilə Bakı şəhərinə gətiriləcək.
Yerli KİV nümayəndələri üçün mətbuat konfransı saat 11:00-da Hilton otelində keçiriləcək. Sonra kubok şəhər sakinləri və qonaqlarına nümayiş etdirilməsi üçün "Gənclik Mall” ticarət mərkəzinə aparılacaq. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.
215     
Reklam

Reklam