» » » SON DƏQİQƏ! Tanınmış azərbaycanlı məşqçi infarkt keçirib

SON DƏQİQƏ! Tanınmış azərbaycanlı məşqçi infarkt keçirib

"Bakı" və "Neftçi"nin baş məşqçisi kimi Azərbaycan çempionu olan, eyni zamanda ölkə kubokunu qazanan və ən əsası Avropa Liqasının qrup mərhələsinə komanda çıxran ilk azərbaycanlı məşqçi kimi tarix yazan Böyükağa Hacıyevin səhhəti pisləşib. 

Premyer.az Futbol11.az saytına istinadən xəbər verir ki, təcrübəli məşqçi infarkt keçirib və əməliyyat masasına uzanıb. Onun vəziyyətinin yaxşı olmadığı gələn xəbərlər arasındadır.
Hazırda AFFA-nın Məşqçilər Komitəsində təmsil olunan mütəxəssisə allahdan şəfa diləyirik. 
Qeyd edək ki, 59 yaşlı Hacıyev məşqçilik karyerası ərzində "Qarabağ", "Araz Naxçıvan", "Maşınsazi", "Traktor Sazi", "Bakı", "Standart" və "Neftçi" kimi komandaları çalışdırıb. O, 2005-ci ildə Azərbaycan millisində köməkçi-məşqçi kimi fəaliyyət göstərib.
74     
Reklam

Reklam