» » » “Keşlə”dən 10-cu TRANSFER

“Keşlə”dən 10-cu TRANSFER

Qış fasiləsində ciddi islahatlar aparan "Keşlə” 10 futbolçu ilə güclənib.

Mətbuatda paytaxt klubunun 9 transfer həyata keçirdiyi qeyd olunsa da, (Məqsəd İsayev ("Neftçi"), Kamran Ağayev ("Mlada", Çexiya), Pablo Podio ("Fastav", Çexiya: icarəyə), Herve Tçami ("Hajer", Səudiyyə Ərəbistanı), Nemanya Stoyanoviç ("Qarabağ", Vyana, Avstriya), Ebrima Sohna, Andre Klennon (hər ikisi VPS, Finlandiya), Vaqif Cavadov, Sezar Meza Kolli), bu rəqəm ondur.
Lakin "Keşlə” gənc oyunçu Seymur Əsədovla da müqavilə imzalayıb. Mövsümün ilk yarısında "Səbail”in şərəfini qorumuş Seymur Əsədov qışdan sonra "Keşlə”nin uğurları üçün çalışacaq.
Müqavilə imzaladığını oyunçu özü də təsdiqləyib.
Qeyd edək ki, Əsədov "Qəbələ”, "Sumqayıt”, AZAL kimi komandaların şərəfini qoruyub. O, Robert Prosineçkiinin dönəmində millimizə də dəvət alıb. Futbol11.az

422     
Reklam

Reklam